DOST GO - GLOBAL TAXI FLEET

Sahibkarlıq və İcarə

Sahibkarlıq və İcarə

DOST GO sahibkarların inkişafı və biznes fəaliyyətlərinin genişlənməsi üçün güclü imkanlar təqdim edir. Biz inanırıq ki, uğurlu sahibkarlığın əsasında şəffaf əməkdaşlıq, düzgün idarəetmə və dayanıqlı tərəfdaşlıq dayanır. Bu səbəbdən də, biz icarə və sahibkarlıq xidmətimizi elə dizayn etmişik ki, həm yeni başlayan sahibkarlar, həm də təcrübəli iş adamları öz bizneslərini rahatlıqla böyüdə bilsinlər.

DOST GO ilə Biznesinizi Böyüdün – 3 Unikal İmkanla!

Sahibkarlar üçün DOST GO platforması sizə avtomobillərinizi gəlir mənbəyinə çevirmək və biznesinizi inkişaf etdirmək üçün geniş imkanlar təqdim edir. Üç əsas model üzrə işləmək imkanı ilə gəlirinizi özünüz müəyyənləşdirirsiniz:

  • 1. İcarə Şərti ilə Qazanc
    Avtomobillərinizi icarəyə verin və passiv gəlir əldə edin. Nəqliyyat vasitələriniz sizin üçün işləsin, siz isə sadəcə gəliri izləyin.

  • 2. Dispetçer Xidməti ilə Qazanc
    Dispetçer xidmətinə qoşulmaqla, avtomobilləriniz üzrə iş prosesinə nəzarəti peşəkar dispetçerlərimizə həvalə etməklə, daha yüksək gəlir əldə edə bilərsiniz. Dispetçerlər hər bir avtomobilin fəaliyyətinə nəzarət edir, sifarişlərin düzgün idarə olunmasını və sürücülərin stabil işləməsini təmin edirlər

  • 3. Fərdi Sahibkarlıq Modeli
    3 və daha artıq avtomobiliniz varsa, sizə idarəetmə paneli verilir. Bunun sayəsində biznesinizi və gəlirinizi özünüz idarə etmiş olursunuz

Niyə DOST GO ilə sahibkarlıq?

Çünki biz sadəcə bir nəqliyyat platforması deyilik. Biznesinizi böyütmək üçün real dəstək göstəririk:

  • Peşəkar komanda ilə biznesinizi beynəlxalq arenaya daşımağa yol açırıq

  • Davamlı gəlir modeli qurmağınıza şərait yaradırıq.

  • 24/7 dəstək xidməti ilə suallarınızı cavablandırırıq.

Gələcəyinizi bizimlə qurun

DOST GO ailəsinə qoşulmaqla siz təkcə yerli bazarda deyil, eyni zamanda beynəlxalq müstəvidə də yeni imkanlara sahib olacaqsınız. Sahibkar olaraq sizin üçün açılan qapılar yalnız əlavə gəlir deyil, həm də uzunmüddətli sabit əməkdaşlıq deməkdir.

DOST GO — Sahibkarlar üçün ən etibarlı tərəfdaş!